Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana gəldi – FOTO

Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana gəldi – FOTO

Hazırda oxunan: Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana gəldi – FOTO
220806
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanzaniya Respublikasının Milli Assambleyasının sədri Tulia Ekson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. 

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar. 

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Altmış altı ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir. 

Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana gəldi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO