Əziz Orucov azadlığa buraxıldı

Əziz Orucov azadlığa buraxıldı

Hazırda oxunan: Əziz Orucov azadlığa buraxıldı

219956
Bu gün Ali Məhkəmədə “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətinə baxılıb.

Moderator.az xəbər verir ki. vəkili Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib.

Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib. Ə.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ə.Orucov özü prosesdə iştirak etməyib, yaxın saatlarda saxlanıldığı təcridxanadan azadlığa buraxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO