111 saylı orta məktəbdə Zəfər Günü qeyd edildi – FOTO

111 saylı orta məktəbdə Zəfər Günü qeyd edildi – FOTO

Hazırda oxunan: 111 saylı orta məktəbdə Zəfər Günü qeyd edildi – FOTO
219671
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Rövşən Nəsirov adına 111 saylı orta məktəbində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, məktəbin direktoru Jalə Hacıyeva, ibtidai sinif müəllimi Sevda Cavadova çıxış edərək bu tarixi günün əhəmiyyətini və önəmini böyük qürur və fəxr hissi ilə gənclərə çatdırıb, 44 günlük müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin əldə etdiyi şanlı qələbədən bəhs ediblər.

Tədbir bayram ovqatı ilə davam edib. Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda, qələbə əhval-ruhiyyəli tamaşalar, şeirlər və musiqi nömrələri ilə bu əlamətdar günü qeyd ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO