ADSEA-nın qazi əməkdaşları mükafatlandırılıblar – FOTO

ADSEA-nın qazi əməkdaşları mükafatlandırılıblar – FOTO

Hazırda oxunan: ADSEA-nın qazi əməkdaşları mükafatlandırılıblar – FOTO
219641
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) qazi əməkdaşları mükafatlandırılıblar.

Bizim.Media xəbər verir ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin publik hüquqi şəxs, Nəqliyyat və Xüsusi Texnika İdarəsində Zəfər Günü münasibətilə II Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib.

Görüşdə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs edib, hərtərəfli sosial təminatla əhatə olunduqlarını bildiriblər.

ADSEA sədri Zaur Mikayılov tərəfindən yeni təyin olunmuş İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin publik hüquqi şəxs, Nəqliyyat və Xüsusi Texnika idarəsinin rəisi Samir Şahin oğlu Cabrayılov Vətən müharibəsində qazandığımız qələbədə Ali Baş Komandanın, rəşadətli Azərbaycan ordusunun müstəsna rolu olduğunu qeyd edib.

Görüşdə qazilərə pul mükafatları təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO