Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ – FOTO

Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ – FOTO

Hazırda oxunan: Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ – FOTO
219184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il Biləsuvar rayonunda pomidorun böyük hissəsinin sahələrdə qalaraq çürüməsi fermerlərə ciddi zərər vurub. Əsas səbəblər isə əlverişsiz hava şəraiti və xəstəliklərin geniş yayılması olub.

Rayonda təxminən 670 hektar ərazidə becərilən pomidor sahələrində məhsul bolluğu müşahidə edilsə də, xəstəliklərin yayılması məhsulun vaxtında yığılmasına əngəl yaradıb.

Səmədabad kəndindən olan təcrübəli fermer İlham Ağayev Bizim.Media-nın yerli bürosuna bildirib ki, Niderlandın məhsuldar Lojin sortu ilə yüksək nəticələr gözləsə də, hava şəraiti və istifadə edilən dərmanların keyfiyyətsizliyi üzündən istədiyi məhsulu əldə edə bilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır? – AÇIQLAMA


Fermerlərin zərəri əsasən məhsulun yığıldığı dövrdə dərmanların effektivliyinin aşağı olması ilə bağlıdır.

Əkin sahələrinin müntəzəm monitorinqini aparan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektoru yayılmış xəstəliklərə qarşı profilaktik tədbirlər və mübarizə üsulları təklif etsə də, yağıntılar və nəmişlik şəraitində göbələk xəstəlikləri sürətlə yayılaraq məhsulun çürüməsinə səbəb olub.

Qeyd edək ki, Rayonda yetişdirilən pomidor məhsulu əsasən Ağalıkənd, Səmədabad, Ağayrı və Günəşli kəndlərinin təcrübəli fermerləri tərəfindən təmin edilir. Bu mövsüm sahələrdən 38 min ton məhsul tədarük edilsə də, bu məhsulun 70 faizi paytaxt və bölgə bazarlarına çıxarıla bilib.

Lakin məhsuldarlıq hədəflərinə tam çatmaq mümkün olmayıb.

Bu vəziyyət, aqrar sahədə zəruri tədbirlərin görülməsinə, xüsusilə də istifadə edilən aqrokimyəvi vasitələrin keyfiyyətinə daha çox diqqət ayrılmasının vacibliyini göstərir...

Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ – FOTO - foto 1

Sabutay, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO