Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO

Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO

Hazırda oxunan: Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO
218921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9 mkr, ev 10 ünvanında fəaliyyət göstərən “Bluebake” MMC-yə məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, dondurucuda mal qonşuluğu prinsipinin pozularaq xammal və hazır məhsulların birlikdə saxlanıldığı, hazırlanan tortların və dondurulmuş qidaların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, qablaşdırma materiallarının və xammalların saxlanılması, eləcə də kremlərin hazırlanması, biskvitlərin bişirilməsi, qidaların donunun açılması və qabların yuyulması üçün ayrıca sahənin təşkil edilmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı və digər nöqsanlar aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılmasına, unlu və kremli qənnadı məmulatlarının istehsalına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Araşdırmalar davam etdirilir.

Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO - foto 1
Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO - foto 2
Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO - foto 3
Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO - foto 4
Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO - foto 5
Bakıda şirniyyat müəssisəsində nöqsanlar AŞKARLANDI – FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO