
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 01.11.2024
1 dəq oxunma
Gədəbəydə ağır QƏZA: Ölən və yaralananlar var
Hazırda oxunan: Gədəbəydə ağır QƏZA: Ölən və yaralananlar var
218719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza zamanı bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Hadisə rayonun Ərtəpə kəndində qeydə alınıb. "QAZ-53" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan sərnişin, 1975-ci il təvəllüdlü Mərdan Bağırov hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü, 1993-cü il təvəllüdlü Kamil Allahyarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































