Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO

Hazırda oxunan: Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO
217846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, onların ilk dayanacağı Qarabağın hava qapısı olan - Füzulidəki beynəlxalq hava limanı olub.
 

Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.


Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO - foto 1
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO - foto 2
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO - foto 3
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO - foto 4
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb - FOTO - foto 5


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO