Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edir

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edir

Hazırda oxunan: Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edir

217473

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir.

xa0

FHN-dənxa0xa0bildiriblər ki, Akademiyada fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

xa0

Təhsilin müddəti dörd ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqla təchiz edilmiş təlim mərkəzi, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsinə verilir.

xa0

Məzunlara ixtisaslar üzrə bakalavr ali-peşə ixtisas dərəcəsi və ilkin zabit rütbəsi verilir. İlkin zabit rütbəsi verilmiş məzunlar Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumlarında uyğun vəzifələrə təyin olunurlar.

xa0

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

xa0

Akademiyaya qəbul olmaq istəyən namizədlər boyu 170 santimetrdən az olmayan, 17 yaşını bu il sentyabrın 15-dək tamamlamış, orta məktəbin buraxılış sinfində oxuyan və yaxud müddətli həqiqi hərbi xidmətini başa vurmuş və sentyabrın 15-dək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

xa0

Sənədlər sənəd qəbulu komissiyası tərəfindən aprelin 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından almaq mümkündür (FHN-in sənəd qəbulu komissiyasının əlaqə telefonları: (012 512-41-61; 012 512-41-20).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO