Şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri AÇIQLANDI

Şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri AÇIQLANDI

Hazırda oxunan: Şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri AÇIQLANDI
217423
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Şəki, Bakı-Siyəzən, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.

Bizim.Media bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə,

“Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Saray” MMC;

“Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Quliyev Vüqar Həsənağa oğlu;

“Sumqayıt-Tərtər” marşrutu üzrə fiziki şəxs İbadov Kəniş İsmayıl oğlu;

“Sumqayıt- Şəki” marşrutu üzrə fiziki şəxs Mustafayev Elman Fərrux oğlu;

“Sumqayıt-Oğuz” marşrutu üzrə fiziki şəxs Rüstəmov Elçin Fərrux oğlu;

“Salyan-Gəncə” marşrutu üzrə fiziki şəxs Əliyev Ədalət Mirəli oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.


Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO