”Məmurlar ayaqqabıyla vətəndaşların evinə girir, onların yorğan-döşəyini sayır, soyuducularını yoxlayırlar...”
Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşənxa0 1saylı yataqxanada məskunlaşmış 27 məcburi köçkün və təxminən 10 yerli ailəxa0 bu yağışlı, küləkli, sazaqlı qış günlərini bayırda keçirmək, Azərbaycanın ən müqəddəs milli bayramlarından olan Novruzu küçədə-bayırda qarşılamaq təhlükəsi llə üzləşib.xa0
Bu haqda Moderator.az-a 1995-ci ildən həmin binada məskunlaşmış məcburi köçkünlər məlumat verib. Məcburi köçkünün sözlərinə görə, əvvəllər Dövlət Neft Şirkətinin bazasında olan bu yataqxana hazırda Nizami rayon 121 saylı MİS-inxa0 balansına verilib. Binada cəmi 112 ailə yaşayır. Onlardan 54-ü məcburi köçkündür.

“Təxminən 15 gün öncə Qaçqınlarla İş üzrə Dövlət Komitəsininxa0 nümayəndələri otaqlarda yaşayan köçkünləri yoxlayıb təzədən siyahıya aldılar. Daha sonra Nizami rayon İcra Hakimiyyəti iki gün ardıcılxa0 yenə də siyahıyaalma təşkil etdi. Eyni zamanda 121 saylı MİS əməkdaşları... Məsələ belə qoyulub ki, ailə üzvlərinin sayından asılı olaraq hər ailəyə 30-40 min manat kompensasiya ödənilməlidir. Ancaq 54 köçkün ailədən 28-ə xəbərdarlıq edildi ki,xa0 sizdə müəyyən problemlər olduğu üçün sizə evpulu verilməyəcək, binanı tərk etməlisiz. Deyirlər ki, siz çıxın, köçkünlər üçün yeni binalar tikiləndə nəzərə alarıq. Həmin 28 ailə hazırda binanın qarşısında toplaşaaraq bu haqsızlığa etiraz edirlər. Binadan çıxan ailələrin evlərini sökməyə başlayıblar. Hələ də binada yaşayanlar olduğu halda bu yağışlı, küləkli, soyuq gündə bütün kommunal xətləri kəsirlər. Vəziyyət çox acınacalıdır...” - deyə məcburi köçkünlər bildirib.

“Hazırda Nizami rayon İcra Hakimiyyəti başçısınınxa0 müavini də buradadır və insanların mənzillərindən çıxarılmasına nəzarət edir. Füzuli rayon icra başçısı da gəlməlidir. Qeyd edim ki, 28 köçkün ailədən 3-ü Laçın, 25- i isə Füzuli rayonundandır. Ancaq “Qaçqınkom”dan heç kəs gəlməyib- deyirlər ki, məsələnin bizə aidiyyatı yoxdur. Dünən həmin 28 ailənin nümayəndələri Prezident Administrasiyasına gedib,xa0 oradan Nazirlər Kabinetinə getməyi məsləhət görüblər. Nazirlər Kabinetində isə deyiblər ki, ərizə yazın, biz yuxarılara çatdırararıq. Vəssəlam... Ancaq hələlik heç bir konret tədbir görən yoxdur. Erməni zülmlərindən zor-gücxa0 qurtulmuş, qan-qada görmüş doğma ocaqlarını itirmiş buxa0 28 ailə indi də məmur özbaşınalığı ucbatından taleyin ümidinə buraxılıb...”

“Bəs həmin 28 ailənin sənədlərində nə problem var ki? Hansı əsasla onlara kompensasiya verilmir...” sualına cavabında məcburi köçkünlər bunları dedi:
“Heç bir əsaslı arqumentləri yoxdur. Məntiqsiz məsələlər qoyurlar ortalığa. Məsələn,xa0 kimsinsə qapısını döyüblər, işdə olub, kimsə yasa gedib. Onları qeydiyyataxa0 almayıblar. Ya da gəlib girirlər otağa soruşurlar ki, sənin burada qeydiyyatda olan övladın hardadır. Ev sahibi cavab verir ki, dərsdədir. Rəsmi nümayəndə isə təkrar sual edir ki, sənin uşağın niyə dərsdədir, deməli, sən burda yaşamırsan... Və yaxud başqa bir otağa girib baxırlar ki, qoca bir arvad qalır orada. Deyirlər ki, sən qoca arvadsan, otağı belə bəzəyə bilməzsən, sən burda yaşamırsan. Digər birinə girib 20 ildən çoxdur orada yaşayan insana deyirlər ki, yox, bizim əlimizdə siyahı var, sən burda yaşamırsan. Konkret bir hüquqi səbəb göstərilmir ki, məsələn, ay filankəs, sənin Bakının filan ünvanında mənzilin var, odur ki, burada yaşamağına görə sənə kompensasiya verilməyəcək. Bəzi köçkünlərə həmin binada yaşaya-yaşaya 16 manat kommunal xərclər üçün pul verildiyinə görə indi deyirlər ki, yox, sən həmin pulu aldığına görə, deməli, burada yaşamırsan, başqa yerdə evinxa0 var. Axı, o hökumətin məmurlarının günahıdır ki, yataqxanada yaşayan köçkünə kommunal xərc üçün pul yazıblar. İndi məmurların günahını nədən hansısa yaşlı, savadsız, qanunları, hüquqlarını bilməyən qaçqın ödəməldir?”

Didərginlərin sözlərinə görə, dövlət məmurları vətəndaşlarla çox kobud, saymazyana rəftar edir. Onların yaşadıqları otaqlara ayaqqabıyla girir, icazəsiz olaraq qaçqınların yataqlarına əl atır, yorğan-döşəklərini sayır, soyuducularını yoxlayırlar. Ev sahibi onlardan soruşanda ki, siz kimsiniz, sizə kim ixtiyar verib, yaşadığım otağa ayaqqabıyla girirsiz, mənim yatağıma əl uzadırsız, soyuducumu yoxlayırsız, məmurlar cavab verir ki, siz “qara siyahı” düşdünüz, indi bilərsiniz, biz kimik...xa0
“Eyni zamanda 10 yaxın yerli sakin də binadan çıxmaq istəmir. Çünki ödəniləcək kompensasiya onları qane etmir. Məsələn, biri deyir ki, mən tək adamam, mənə 30 min manat veərəcıklər, o qiymətə haradan ev alım...”
Oxuculara daha əyani olmaq üçün Karabakhmedia.az saytının təqdim etdiyi video-görüntüləri də təqdim edirik. Köçkünlər KİV-dənsəslərini dövlət başçısına, 1-ci Vitse-prezidentə çatdırmağı tələb edirlər.. Onlar deyir ki, biz aprelin 11-dəki Prezident seçkilərinə açıq ürəklə getmək istəyirik...
Xatırladaq ki, FHN 2014-cü ildən bəri tərəfindən qəzalı elan edilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən sözügedən bina sakinlərinə tərk etmək üçün 3 gün müddətinə vaxt verib.xa0
P.S. Məsələ ilə bağlı əlaqədar qurumların münasibətini dərc etməyə hazırıq.
P.P.S. Ümumiyyətlə,xa0 torpağı işğal altında olan, dünyanın supergüclərininxa0 təhdidlərinəxa0 məruz qalan Azərbaycanda bəzi məmurların öncədən ölçüb-biçmədən vətəndaşların, özü də müharibənin ağrı-acılarını çiynində daşıyan məcburi köçkünlərin narazılığına səbəb olacaq işlər icra etməsi Prezident seçkiləri ərəfəsində heç də xoşagələn hal deyil...
Sultan Laçın
































































































