Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO
217344
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri - Baş direktor Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən "SAHA EXPO 2024" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin açılış mərasimində iştirak ediblər.
 

Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin və Müdafiə Nazirliyinin təqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkət rəhbərləri ilə görüşlər keçiriblər.


Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əlaqələrinin daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 1
Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 2
Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 3
Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 4
Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 5
Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO