
- A-
- A
- A+
Cəmiyyət
22:58 / 10.03.2018
Rəhim Qazıyev: "Mütəllibovun bu addımını kişi qeyrəti hesab edirəm..."
Hazırda oxunan: Rəhim Qazıyev: "Mütəllibovun bu addımını kişi qeyrəti hesab edirəm..."
216681
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ənxa0 təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır...xa0 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasındaxa0 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.
(Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın:xa0//www.moderator.az/news/216551.html)
“...Verilən bu xəbərdən az keçməmişdi ki, deputatları zala yığdılar, iclas davam etdi və Prezident A. Mütəllibov çıxışa başladı:
“...İki gündür ki, biz bir-birimizi incidirik. Doğrusu, mən incidim, mənim istefamı tələb edirlər.xa0 Mən yəqin ki, razı olmalıyam.xa0 Bu haqda Şeyxin özü də mənə müraciət etdi. Burada təxribatçılığa da yol verilə bilər. Mən istefa verirəm və xahiş edirəm, onu qəbul edəsiniz. Bunu qeyrətsizlik kimi başa düşməyin. Təqsirim var? Boynuma götürürəm. Ətrafımdakıların köməyi olmayıb, mən də tələbkarlıq etməmişəm.xa0 Mən şöhrətpərəst, vəzifəpərəst olmamışam. Hamınıza müvəffəqiyyətlər arzulayıram. Çaxnaşma və ziddiyyətlərə yol verməyin. Bir-birinizə dayaq olun. Mən bilmişəm, nə edirəm. Heç kimdən də incikliyim yoxdur. Mən Azərbaycanda qalıram, Bakıda yaşayacağam. Heç yerə gedən deyiləm, siyasi fəaiyyətimi hələlik dayandırıram. Çox yorulmuşam, siyasətlə məşğul olmayacağam. Kimə pis münasibət bəsləyib, kiminsə qəlbini sındırmışamsa, kimsə məndən inciyibsə, xahiş edirəm, bağışlayasınız. Ürəyimdə heç vaxt kin olmayıb. Xahiş edirəm, bu istefanı müzakirəsiz qəbul edəsiniz. Və nəticədə bura yığışan camaat sakitliklə evlərinə getsin...”

Yaqub Məmmədov Prezidentin ərizəsini səsə qoymaq istərkən Rəhim Qazıyev söz alıb çıxış etdi:
“Bu gün respublikanın ilk prezidenti istefa verdi. Mütəllibovun bu addımını kişi qeyrəti hesab edirəm. O, siyasi meydandan getməməlidir. Ayaz müəllimin topladığı təcrübə, buraxdığı səhvlər kadrlarını tanıtdı. Tale nəsib edib mübarizə yolu ilə onu yenə vəzifəyə gətirərsə, hesab edirəm ki, Ayaz müəllim bəlkə də Azərbaycana nəsə xeyir verə bilər. Mən sizinlə şəxsi münasibətimi həmişə davam etdirəcəm. Müxalifət tərəfdən sizinlə ən çox görüşən adam mən olmuşam... Təəssüflər olsun ki, rəhbərliyə yaxın adamlar sizə güc gəldilər. Bundan sonra respublikaya rəhbərlik edəcək adamlara bu acı təcrübədən düzgün istifadə etməyi arzulayıram. Xalqın apardığı siyasəti sizə səhv çatdırıblar. Vəzifəyə qoyduğunuz adamlar sizi yuxarı qaldırmaqdan aşağı endirdilər. Xahiş edirəm, özünüzdə qüvvə tapasınız, daha qətiyyətlə mübarizə aparasınız. Mən arzulayıram ki,xa0 nə vaxtsa, yaxın illərdə siz yenə respublikada hər hansı işdə işləyə biləsiniz...”
Digər çıxış edən deputatlar R.Qazıyevin fikirlərini müdafə etdilər. Deputat Bəxtiyar Vahabzadə bu addımı prezidentin mərdliyi kimi qiymətləndirdi. Bundan sonra qarışıqlıqdan əl çəkməyi və mətbuatda onun adına nalayiq sözlərin deyilməməsini xahiş etdi.
Deputat Araz Əlizadə dedi:
”Prezident bu kiçik dəstəni dağıda bilərdi. Hakimiyyətini möhkəmləndirərdi... Dalbadal Azərbaycanınxa0 ən yüksək vəzifəsini tutan şəxs eyni qruplar tərəfindən kənar edilir... Dəmir əllə respublikanı idarə edəcəklər... Sizinlə işləmək çox asan idi, yaxşı idi...”

Deputat Hacı Əbdül isə çıxışına el məsəli ilə başladı:
“Bir məsəlxa0 var: “Atamı öldürürəm ki, goruna and içəm... 10 dəqiqə qabaq Prezident haqqında nələr demirdiniz? İndi isə xoş sözlər deyirsiniz... Məlum olur ki, Ayaz müəllim kişiymiş, o, kişi addımı atdı. Ay deputatlar və müxalifət, gəlin siz də kişi olun, səs verməyin onun getməsinə. Qoy otursun prezidentliyində. Cəmləşək, onu Prezident saxlayaq. Siz də belə kişilik etməyə qadir olun...”
Allahşükür Paşazadə dedi:”... Bu gün mübarək gündür. Mən də sizinlə qaldım və oruc tutdum... Prezidentxa0 sözümüxa0 eşitdi, hörmət etdi. Atılan addım xeyirlidir... Hamı danışıb onu tərifləməkxa0 istəyir.... Gəlin bununla da qurtaraq... Mən də ona xeyir-dua verirəm... Prezidentlə münasibətim yaxşı olub. Mən ona dost və qardaş demişəm...”
Sonra Yaqub Məmmədov Prezidentin istefasını səsə qoydu. Bircə nəfər etiraz etməklə istefa yekdilliklə qəbul edildi. Daha sonraxa0 Ayaz Mütəllibovun toxunulmazlığı(təqaüd, mülkiyyət toxunulmazlığı, təhlükəsizliyi, bağ evi və maşın barədə) haqda qanun qəbul edildi.
Sonda isə Konstitusiyanın 121-7-ci maddəsinə əsasən yeni Prezident seçilənədək onun səlahiyyəti Ali Sovetin sədri Y. Məmmədova verildi....
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































