Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO

Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO

Hazırda oxunan: Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO
216332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu istiqamətdə Şuşada ilk dəfə əmək yarmarkası təşkil edilib. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə reallaşan məşğulluq tədbirində dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub.
 

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov yarmarkada təqdim edilən vakansiyalarla tanış olub, işəgötürənlərlə görüşüblər. Tədbirdə nazirlik yanında İctimai şuranın üzvləri, QHT nümayəndələri də iştirak ediblər.


Yarmarkada müraciət edən şəxslərin qeydiyyatı aparılıb. Uyğun namizədlər müvafiq vakansiyalar üzrə işlə təmin olunacaqlar.

İştirakçılara, həmçinin özünüməşğulluq proqramı, Qarabağ Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə hazırlığı kursları barədə də məlumat verilib. Özünüməşğulluq proqramına, peşə kurslarına cəlb edilmək istəyən sakinlərin də qeydiyyatı aparılıb.

Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO - foto 1
Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO - foto 2
Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO - foto 3
Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO - foto 4
Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO - foto 5
Şuşada ilk dəfə əmək yarmarkası keçirildi: 250-dən çox vakansiya var - FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO