“Bulaqdan su gətirən qadınların çəkdiyi ağrını düşünmədən, gözəlliyinə şeir qoşublar” – Komitə sədri

“Bulaqdan su gətirən qadınların çəkdiyi ağrını düşünmədən, gözəlliyinə şeir qoşublar” – Komitə sədri

Hazırda oxunan: “Bulaqdan su gətirən qadınların çəkdiyi ağrını düşünmədən, gözəlliyinə şeir qoşublar” – Komitə sədri
216270
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qadınlar və qızlar həyatda təbiətin onların üzərinə qoyduğu öhdəlikləri yerinə yetirirlər. Sudan istifadə də təbii ehtiyacdır. Dünyada olduğu kimi Azərbaycanda da sudan istifadə əlçatan və arzuolunan səviyyədə deyil. Ona görə də biz cəmiyyətləri və dövlətləri birləşdirib, bu istiqamətdə fəaliyyətimizə yönəltməliyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.

O, bildirib ki, suya ehtiyacı ödəmək, onu toplamaq, saxlamaq , səmərəli istifadə etmək bunlar niyəsə qadınların üzərinə qoyulub:
 

"Adətən, çiynində səhəng bulaqdan su gətirən qadının hansı ağrı çəkdiyini düşünmədən onun gözəlliyinə, boy-buxununa, bulağa getməsinə şeirlər qoşulub və biz də bunu təbii nümunə olduğunu  qəbul etmişik.


Amma zaman dəyişir, inkişaf diqtəsini edir, bütün dünyada, o cümlədən, Azərbaycanda suya, qadının suyla yanaşı inkişafına münasibət dəyişməlidir. Ona görə də COP29 çərçivəsində qəbul ediləcək qərarlar, yaşıl iqtisadiyyatın dəstəklənməsi istiqamətində atılacaq addımlar bütün dünyada suya çıxışın hər kəsə əlçatan olması və bu kontekstdə gender bərabərliyinin qorunmasını önəmli edir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO