DİQQƏT: Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

DİQQƏT: Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Hazırda oxunan: DİQQƏT: Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir
216005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, Günəşin fəallığı artıb. Oktyabrın 7-12-də güclü geomaqnit qasırğası (G1-G4) baş verib. 

Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.
 

Oktyabrın 14-dən 20-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.


Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac kütlə atılmalarının (TKA) təsiri ilə oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər.

Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi axınlarının və oktyabrın 11-də 3854 regionunda baş vermiş TKA–nın təsiri ilə artacağı gözlənilir.

Oktyabrın 11-də baş vermiş TKA və yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə oktyabrın 15-16-da G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO