Məktəb binasından yıxılan şagirdin son vəziyyəti AÇIQLANDI

Məktəb binasından yıxılan şagirdin son vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Məktəb binasından yıxılan şagirdin son vəziyyəti AÇIQLANDI
215642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonu Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbin binasından yıxılan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) durumu açıqlanıb.

Bizim.Media xəbər verir ki, TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 08.10.2024-cü il, saat 18:17-də Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı orta məktəbindən şagirdin yıxılması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onurğanın bel-oma nahiyəsinin və çanaq sümüyünün sınığı, bel fəqərəsinin sınığı diaqnozları təyin edilən şəxs Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

O, 10.10.2024-cü ildə ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə olunub. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirlir və əməliyyatı planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO