AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

Hazırda oxunan: AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir
215408
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvan istiqamətində rəqəmsal həllərin tətbiqini davam etdirir. Aviaşirkət rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, sözügedən marşrut üzrə sərnişinlərə göstərilən xidmət keyfiyyətini yüksəltmək məqsədilə reyslərə onlayn qeydiyyat xidmətini istifadəyə verir.

Yeni xidmət sərnişinlərə uçuşa 48 saat qalmış www.azal.az saytında və ya aviaşirkətin mobil tətbiqində onlayn şəkildə qeydiyyatdan keçmək imkanı yaradır.

AZAL-ın mobil tətbiqini //bit.ly/azal-app linkindən yükləmək olar.


Onlayn qeydiyyat sərnişinlərə oturacaq yeri seçmək və uçuşa gecikmə riskini minimuma endirmək imkanı kimi bir sıra üstünlüklər təklif edir.

Qeyd edək ki, AZAL oktyabrın 1-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imzanı tətbiq etməyə başlayıb. Bu yenilik də aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO