Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO

Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO

Hazırda oxunan: Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO
215314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 9-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində olub.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, məktəbdə yaradılmış şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət edib.

Məktəbin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi nailiyyətlər, müasir tədris metodları barədə məlumat verən direktor Azər Niftəliyev qeyd edib ki, hazırda təhsil müəssisəsində 162 şagird təhsil alır.

Daha sonra məktəbin pedaqoji kollektivi ilə keçirilən görüşdə nazir müavini ümumi təhsil müəssisələrinin idarə olunması və tədrisin təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, müəllimlərin təkliflərini dinləyib.

Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçasında yaradılmış şərait ilə də tanış olub, tərbiyəçi müəllimlərlə söhbət aparıb.

Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO - foto 1
Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO - foto 2
Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO - foto 3
Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO - foto 4
Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO