Eşitməyə və təmasa meyilli qadın və kişilərin əsas xüsusiyyətləri...

Eşitməyə və təmasa meyilli qadın və kişilərin əsas xüsusiyyətləri...

Hazırda oxunan: Eşitməyə və təmasa meyilli qadın və kişilərin əsas xüsusiyyətləri...

215311
Ötən yazımızda bildirmişdik ki, qadın və kişilər görünüşə, eşitməyə və təmasa meyilli kimi qruplara bölünürlər. Görünüşə meyilli insanların xüsusiyyətləri haqda ötən yazımızda məlumat verdik.xa0

Moderator.az bu dəfə psixoloq Mustafa Qılıncın kitabından eşitməyə və təmasa meyilli qadın və kişilər haqda yazını təqdim edəcək.xa0

Eşitməyə meyilli qadın və kişilərin əsas xüsusiyyətləri.

“Danışıqları ritmik, ahəngli və səliqəlidir...”

Belə insanlar dünyanı sözlər və səslərlə dərk edirlər. Nə danışacaqlarını dəfələrlə beyinlərində təkrarlayırlar. Danışıqları ritmik, ahəngli və səliqəlidir. Mövzunu sırayla birindən digərinə keçmədən izah edirlər. Orta sürətdə danışırlar. Adətən başları ortada və ya bir qədər yana əyilmiş formada olur. Nə dediklərini özləri eşitməlidirlər. Öz içlərində yüksək səslə ucadan və uzun müddətə danışdıqlarından, adətən, boşboğaz olurlar. Tez-tez danışdıqları üçün yanlarında belə, onlara səslənsəniz sizi eşitməyə bilərlər. Adətən, qəlblərinin səsinə qulaq asır və “öz-özümə dedim ki...” ifadəsini çox işlədirlər.xa0xa0

“Əsasən qorxaq olurlar...”

İş həyatında və idarəçilikdə uğur qazananlar bu tip insanlar arasından çıxır. Daxili dünyalarındakı dialoqlar onları daim həyata qarşı hazırlıqlı edir. Hər zaman sistemli düşünürlər və bu sistemin axsamaması üçün hazırlıqlı olurlar. Əsasən qorxaq olurlar. “Amanın günüdür bir səhvim olmasın” devizi bu insanların fəlsəfəsidir. Beləliklə qarşımıza həssas və təmkinli bir idarəçi çıxır. Lakin bu insanlar əvvəlcədən oturuşmuş sistemləri yaxşı idarə edirlər.xa0

Təmasa meyilli qadın və kişilərin əsas xüsusiyyətləri.

“Şairlər, psixoloqlar, roman yazarları, əsasən bu kateqoriyadan olan...”

Bu insanlar dünyanı hisslərlə dərk edirlər. İstənilən vəziyyətdə özlərinin orada o, insanların yanında olduğunnu düşünürlər və o, insanların nə hiss etdiklərinə və hisslərinə fokuslanırlar. Çox hərəkət edirlər. Ağır, dərindən gələn bir tonda danışırlar. Danışarkən “problemlərin ağrılı”, “işlərin çoxluğu”, “acılarınxa0 dərinliyi” kimi sözlərdən istifadə edirlər. Bu zaman mütləq insanlara və ya əşyalara toxunurlar. Çox yaxşı emosionlar çıxış yolları tapırlar. Şairlər, psixoloqlar, roman yazarları, əsasən bu kateqoriyadan olan insanlardır. Adətən rahat geyinməyə üstünlük verirlər.

“Geyimləri səliqəsizdir...”

Texniklər, biznesmenlər və sənətçilər də bu insanlar arasından çıxır. Keçmişdəki problemlərdən ibrət almaq və gələcəkdə baş verəcək dəyişikliklər onları çox maraqlandırmır. Vücudları ilə işləməyi sevirlər. Harada və hansı kürsüyə oturduqları onlar üçün əhəmiyyətlidir. Özləri də, masa və daxılları da səliqəsizdir. Geyimlərinə çox diqqət yetirmirlər.xa0

Hər bir insanın içində potensial olaraq 3 sistem mövcuddur. İnsanın üzərinə düşən vəzifə ən üst potensiala yetişmə nöqtəsində bütün imkan və bacarıqlarından faydalanmaq üçün sahib olduqlarını inkişaf etdirməkdir. Düşünmə və davranış formaları ilə onun ifadə forması arasında fərq olur. İnsanların sözlərini, davranışlarını və göz hərəkətlərini izləməklə onların hansı sistemdən istifadə etdiyini müəyyən etmək olar. İnsanların hansı kanaldan istifadə etdiyi məlum olsa, onun hansı xüsusiyyətlərə sahib olacağını da ehtimal etmək mümkün olacaq. Bu ipucları ilə insanın zehni mərhələlərinin necə inkişaf etdiyini təsbit etmək olar.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO