Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO

Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO

Hazırda oxunan: Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO
215260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyul ayının 29-dan uçan, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən körpü hələ də bərpa edilməyib. Bu vəziyyət sakinlərin narazılığına səbəb olub.

Bizim.Media-nın yerli bürosuna müraciət edən sakinlər bu körpünün onlar üçün əlverişli olduğunu, yeni körpünün inşasının vacibliyini qeyd edirlər.

 

MÖVZU İLƏ BAĞLI:

Xınalıq yolunda güclü selin dağıtdığı körpü nə vaxt bərpa ediləcək? – VİDEO


Məlumat üçün bildirək ki, Xınalıq və əks istiqamətə nəqliyyat vasitələri alternativ yol kimi Quba-Susay-Xınalıq avtomobil yolundan istifadə edirlər. Üstəlik uçan körpünün yaxınlığından Əlik çayının içindən müvəqqəti yol da salınıb. Amma bu sakinləri qane etmir. Onlar bildirirlər ki, digər alternativ yol uzaq olduğu üçün əlverişli deyil.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, Quba-Xınalıq yolunun 42-ci km-də uçmuş körpüyə baxış keçirilib, layihə-smeta sənədləri hazırlanıb. Maliyyə vəsaiti ayrılan kimi körpünün inşasına hazırlanacaq.

Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO - foto 1
Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO - foto 2
Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO - foto 3


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO