Ali Məhkəməyə yeni hakimlər TƏYİN EDİLDİ - ADLAR

Ali Məhkəməyə yeni hakimlər TƏYİN EDİLDİ - ADLAR

Hazırda oxunan: Ali Məhkəməyə yeni hakimlər TƏYİN EDİLDİ - ADLAR
215095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali Məhkəməyə yeni hakimlər təyin edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında layihə müzakirə olunub. 

Belə ki, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin edilib. 

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib. 
 

Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiri olub.


Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO