Daşıyıcı şirkət və sərnişinlər arasında fikir ayrılığı: Avtobuslar nasazdır, yoxsa işlək? - FOTO

Daşıyıcı şirkət və sərnişinlər arasında fikir ayrılığı: Avtobuslar nasazdır, yoxsa işlək? - FOTO

Hazırda oxunan: Daşıyıcı şirkət və sərnişinlər arasında fikir ayrılığı: Avtobuslar nasazdır, yoxsa işlək? - FOTO
213489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtovağzaldan Masazır qəsəbəsinə gedən 569 nömrəli marşrut sərnişinlərin rahat hərəkətini təmin edə bilmir.

Bizim.Media xəbər verir ki, müntəzəm olaraq bu marşrutdan istifadə edən sərnişinlərdən biri Oxu.Az-a şikayət məktubu göndərərək xəttə buraxılan avtobusların acınacaqlı vəziyyətdə olduğunu bildirib.
 

Sərnişinin sözlərinə görə, 569 nömrəli xətt üzrə işləyən avtobuslar həm köhnə, həm balaca, həm də nasazdır.


"İlin fəsillərindən asılı olmayaraq, kondisionerlər işləmir, qapılar açıq vəziyyətdə idarə olunur. Avtobusların sayı məhdud olduğundan və intervalın böyüklüyündən sərnişinlər xeyli gözləməli olurlar. Avtobuslar yuyulmur, təmizlənmir", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı 569 saylı avtobusun aid olduğu daşıyıcı "Sahil" MMC-yə sorğu ünvanladıq.

Şirkətin rəhbəri Qəzənfər Abdıyev Oxu.Az-a açıqlamasında sadalanan bütün iddiaları təkzib edib.

Onun sözlərinə görə, xəttə hər gün 2012-ci ildə istehsal olunmuş 14 avtobus çıxarılır və onlar hər gün qarajda yuyulub-təmizlənir.

"Avtobuslar arasındakı interval isə cəmi 5-6 dəqiqədir", - deyə şirkət rəhbəri vurğulayıb.

Fotoları təqdim edirik:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO