Bakıda bu məktəblərin I siniflərində boş yer yoxdur – SİYAHI

Bakıda bu məktəblərin I siniflərində boş yer yoxdur – SİYAHI

Hazırda oxunan: Bakıda bu məktəblərin I siniflərində boş yer yoxdur – SİYAHI
212130
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu sistemi yenidən aktivləşdirilib. 

Bizim.Media Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılacaq. 

Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, paytaxtda bəzi məktəblərin I sinifləri dolduğundan 6 yaşlı uşaqlar yaxınlıqdakı alternative məktəblərə yönəldilir. 

"Hazırda növbəti tədris ili üzrə bəzi ümumi təhsil məktəblərində açılmış siniflərdə şagird yerləri tutulduğundan alternativ olaraq yaxınlıqdakı bir sıra ümumi təhsil müəssisələri müəyyən edilib", - məlumatda bildirilib. 

Həmin ümumi təhsil məktəblərinin siyahısını təqdim edirik: 

Bakıda bu məktəblərin I siniflərində boş yer yoxdur – SİYAHI - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO