Heydər Əliyev və Babək prospektindəki tıxacla bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Heydər Əliyev və Babək prospektindəki tıxacla bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Heydər Əliyev və Babək prospektindəki tıxacla bağlı RƏSMİ AÇIQLAMA – FOTO
211990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xətai rayonunda 8 noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən gündən başlayaraq 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib:

"Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub. Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə, bu prospketlərdə hazırda avtomobil sıxlığı müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə əlaqəli şəkildə bu prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər".

Heydər Əliyev və Babək prospektindəki tıxacla bağlı RƏSMİ AÇIQLAMA – FOTO - foto 1
Heydər Əliyev və Babək prospektindəki tıxacla bağlı RƏSMİ AÇIQLAMA – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO