Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin qonaqları Azərbaycan Respublikası Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı, komitənin sədr müavini, millət vəkili Sahibə Qafarova, komitənin üzvləri, millət vəkili , Sədaqət Vəliyeva, millət vəkili Dilarə Cəbrayılova, komitənin əməkdaşları oldu. Maraqlı görüşdə millət vəkillərimiz tərəfindən sığınacaqda yaşayan kimsəsiz uşaqlara şirniyyat süfrəsi və müxtəlif hədiyyələr təqdim edildi. Bu gün aktual olan müxtəlif sosial məsələlərin müzakirəsi və sığınacaq əməkdaşlarının peşə fəaliyyəti barədə aparılan söhbətlər, uşaqlara qarşı zorakılığın qarşısının alınmasında mühüm addımların atılmasının vacibliyindən danışan millət vəkili Aqiyə xanım Naxçıvanlı həmçinin uşaqların əl işlərindən ibarət rəsmlərə, müxtəlif bəzək əşyalarına və toxuduqları qış geyimlərinə baxaraq onların əl işlərini yüksək qiymətləndirdi. Bununla yanaşı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə xanım Ağazadənin qəyyumluğunda olan 29 uşağın hazırki sosial durumu, təhsil və sağlamlıqları ilə bağlı millət vəkilləri ilə müxtəlif söhbətlər aparıldı. Görüşün sonunda uşaqlar qonaqlara öz əl işlərindən ibarət müxtəlif hədiyyələr verərək xatirə şəkilləri çəkdirdi. Görüş zamanı aparılan danışıqlar və göstərilən etimad bir daha onu subut etdiki güc birlikdə və həmrəylikdədir!

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 05.02.2018
Milli Məclisin komitə üzvləri Uşaq sığınacağında qonaq oldular
Hazırda oxunan: Milli Məclisin komitə üzvləri Uşaq sığınacağında qonaq oldular
Hazırda oxunan: Milli Məclisin komitə üzvləri Uşaq sığınacağında qonaq oldular
211360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































