Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO

Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO

Hazırda oxunan: Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO
210995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bildiyimiz kimi, sentyabrın 7-8-də Şamaxıda ənənəvi Üzüm və Şərab Festivalı keçirilib.

Bizim.Media xəbər verir ki, artıq üçüncü dəfə keçirilən bu festival haqqında ispandilli mediada da materiallar dərc olunub. Argentina, Ekvador, Meksika və Kosta – Rika kimi ispandilli ölkələrin mətbu orqanları bu beynəlxalq festival haqqında məqalələr dərc ediblər.

Məqalələrdə qeyd olunub ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaq idi. Eyni zamanda, festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilib, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılıb.

Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 9

Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirib, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə ediblər.

Dərc olunan məqalələrdə o da vurğulanıb ki, tədbirdə müxtəlif ölkələrdən turistlər və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Kolumbiya, Çili, Braziliya, Italiya, Moldova, Gürcüstan, və s. ölkələrin səfirləri, müvəqqəti işlər vəkilləri, eyni zamanda xarici media nümayəndələri, dünyada şərabçılığın məşhur olduğu ölkələrin nümayəndələri də festivalda iştirak ediblər.

Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 10

Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib.

İspandilli mediada bu beynəlxalq festival çox böyük marağa səbəb olub. Çünki festivalın məkanı kimi Şamaxının seçilməsi heç də təsadüfi deyil. Şamaxı hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri, üzüm istehsalının paytaxtı kimi məşhurdur.

Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 11

Sonda isə məqalələrdə bildirilib ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

İspandilli mediada dərc olunan materiallarla aşağıdakı linklərdə tanış olmaq olar:

Argentina

//realpolitik.com.ar/nota/59809/desde-shamakhi-azerbaiyan-celebro-el-tradicional-festival-de-la-uva-y-el-vino/

//www.tiempoar.com.ar/ta_article/en-azerbaiyan-tambien-alzan-las-copas-un-viaje-al-festival-de-la-uva-y-el-vino-de-shamakhi/

Kosta – Rika

//informativojbs.com/los-dias-7-y-8-de-septiembre-se-celebro-en-shamakhi-el-tradicional-festival-de-la-uva-y-el-vino/

Meksika

//www.mipuntodevista.com.mx/los-dias-7-y-8-de-septiembre-se-celebro-en-shamakhi-el-tradicional-festival-de-la-uva-y-el-vino/

Ekvador

//elvanguardistaonline.com/los-dias-7-y-8-de-septiembre-se-celebro-en-shamakhi-el-tradicional-festival-de-la-uva-y-el-vino/

Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 1
Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 2
Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 3
Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 4
Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 5
Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 6
Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 7
Şamaxıda keçirilən ənənəvi Üzüm və Şərab Festivalı dünya mətbuatında - FOTO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO