Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış KEÇİRİLDİ - FOTO

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış KEÇİRİLDİ - FOTO
210419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki təminat üzrə idarə, şöbə (bölmə) və xidmət rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Eldəniz Yəhyayevin də iştirak etdiyi toplanışda cari il ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, maddi-texniki təminatın vəziyyəti və bu sahədə həyata keçirilən islahatlar təhlil olunub.

"Tədbirdə çıxış edən general-mayor E.Yəhyayev Azərbaycan Ordusunda maddi-texniki təminat sahəsində görülən tədbirlər və qarşıda duran başlıca vəzifələrdən danışıb.

Həmçinin maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu, onların istismarı haqqında məlumatların çatdırılması, qoşunlarda maddi-texniki təminatın perspektivləri və qış dövrünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Bundan başqa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində maddi-texniki təminatın vahid mərkəzdən daha operativ idarə olunmasını təmin etmək məqsədilə yeni məlumat sisteminin yaradılmasından danışılıb. Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin maddi-texniki təminatın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb", - məlumatda qeyd olunub.

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış KEÇİRİLDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO