Şəkidə avtomobil sexində YANĞIN: Təmir olunan maşın yanaraq kül oldu – FOTO

Şəkidə avtomobil sexində YANĞIN: Təmir olunan maşın yanaraq kül oldu – FOTO

Hazırda oxunan: Şəkidə avtomobil sexində YANĞIN: Təmir olunan maşın yanaraq kül oldu – FOTO
210359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki şəhərinin Zərifə Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv/m olan və 10-a yaxın avtomobil təmiri sexindən yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şahidlərinin sözlərinə və yanğın yerinin ilkin təhqiqatından sonra bəlli olub ki, rayon sakini Rafiq Həsənov özünə məxsus avtomobili təmir üçün sexdəki ustalardan birinə təhvil verib.

Usta təmir işləri apararkən köməkçisinə avtomobilin yanacaq çənindən benzin çıxarmasını tapşırıb. Hadisə də elə bu anlarda baş verib. Alovlanma baş verən andan yaxınlıqdakı digər sexin işçiləri tədbir görməyə başlayıb. Həmçinin hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı alınıb. Lakin təmir edilən avtomobilin konstruksiyaları yanıb. Hadisə zamanı tüstüdən boğulma və xəsarət alan olmayıb. Yanğının daha dəqiq baş vermə səbəbləri araşdırılır.

Şəkidə avtomobil sexində YANĞIN: Təmir olunan maşın yanaraq kül oldu – FOTO - foto 1
Şəkidə avtomobil sexində YANĞIN: Təmir olunan maşın yanaraq kül oldu – FOTO - foto 2


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO