Ahmet Yener: "Seçkinin nəticələri Azərbaycan xalqına, Türk dünyasına böyük töhfə verəcək" - VİDEO

Ahmet Yener: "Seçkinin nəticələri Azərbaycan xalqına, Türk dünyasına böyük töhfə verəcək" - VİDEO

Hazırda oxunan: Ahmet Yener: "Seçkinin nəticələri Azərbaycan xalqına, Türk dünyasına böyük töhfə verəcək" - VİDEO
209389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Türkiyənin Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birgə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edirik".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.

Onun sözlərinə görə, bu anadək Azərbaycan xalqı böyük həvəslə seçkilərə qatılır:

"Seçkini müşahidə etdiyimiz məktəbdə 18 yaşı yenicə tamam olan bir gənclə qarşılaşdıq. Onun sevincli anlarına biz də şərik çıxırıq".

Ahmet Yener qeyd edib ki, bugünkü seçki Azərbaycan üçün tarixi bir seçkidir:

"44 gün müharibədən sonra qardaş ölkə Zəfər qazandı. İşğaldan azad edilən həmin bölgələrdə də seçicilər şən əhval-ruhiyyə ilə səs verəcəklər. Seçkinin nəticələri Azərbaycan xalqına, Türk dünyasına böyük töhfə verəcək".



Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO