Xudafərin Su Anbarı hansı məqsədlər üçün istifadə ediləcək? - DETALLAR - FOTO

Xudafərin Su Anbarı hansı məqsədlər üçün istifadə ediləcək? - DETALLAR - FOTO

Hazırda oxunan: Xudafərin Su Anbarı hansı məqsədlər üçün istifadə ediləcək? - DETALLAR - FOTO
208918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xudafərin Su Anbarında hazırda 719 milyon kubmetr su ehtiyatı var. Bu göstərici iyul ayı ilə müqayisədə 20 milyon kubmetr artım deməkdir.

Bizim.Media xəbər verir ki, bu infirmasiyanı Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, su tutumu 1,612 milyard kubmetr olan Xudafərin Su Anbarı həm əkin sahələrinin suvarılması, həm də enerji istehsal olunması üçün nəzərdə tutulub:

"Bundan başqa, aşağı hissədə Qız qalası Su Anbarı yerləşir və anbarın həcmi 62 milyon kubmetrdir. Bu su anbarından sugötürmə qabiliyyəti 50 kubmetr/saniyə olan suvarma kanalının çəkilməsi nəzərdə tutulur və bunun üçün layihə hazırlanır. Sözügedən kanal çəkiləndən sonra Cəbrayıl, Füzuli və digər rayonların əkin sahələrinin su təminatı yaxşılaşacaq".

Xatırladaq ki, Xudafərin Su Anbarı Cəbrayıl və Zəngilan rayonlarının inzibati ərazisində - Şərqi Zəngəzurda yerləşir. Respublika ərazisində böyük həcmli su hövzələrindən olan Xudafərin Su Anbarı ərazidə “yaşıl enerji” təminatı ilə bərabər, həm də suvarma işlərinin yaxşılaşdırılması üçün böyük potensiala malikdir.

Xudafərin Su Anbarı hansı məqsədlər üçün istifadə ediləcək? - DETALLAR - FOTO - foto 1
Xudafərin Su Anbarı hansı məqsədlər üçün istifadə ediləcək? - DETALLAR - FOTO - foto 2
Xudafərin Su Anbarı hansı məqsədlər üçün istifadə ediləcək? - DETALLAR - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO