Müslüm Maqomayevin həyat yoldaşına Prezidentin fəxri diplomu təqdim edildi - FOTO

Müslüm Maqomayevin həyat yoldaşına Prezidentin fəxri diplomu təqdim edildi - FOTO

Hazırda oxunan: Müslüm Maqomayevin həyat yoldaşına Prezidentin fəxri diplomu təqdim edildi - FOTO
208901
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 28-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində görkəmli opera müğənnisi, Rusiyanın, Azərbaycanın və SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya ilə görüş keçirilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, naziri Adil Kərimli sənətkarın yaradıcılıq yolundan danışıb, onun opera tamaşalarında yüksək sənətkarlıq nümayiş etdirdiyini bildirib.

Diqqətə çatdırılıb ki, əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin ömür-gün yoldaşı olan T.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib.

Müğənninin bu sahədəki fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. O, ötən il Prezident İlham Əliyevanın müvafiq sərəncamları ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Sonra həmin dövlət təltifləri təntənəli şəkildə sənətkara təqdim olunub.

Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.

Sonda sənətkarla xatirə şəkilləri çəkdirilib.

Müslüm Maqomayevin həyat yoldaşına Prezidentin fəxri diplomu təqdim edildi - FOTO - foto 1
Müslüm Maqomayevin həyat yoldaşına Prezidentin fəxri diplomu təqdim edildi - FOTO - foto 2
Müslüm Maqomayevin həyat yoldaşına Prezidentin fəxri diplomu təqdim edildi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO