Heydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq akkreditasiyadan keçdi

Heydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq akkreditasiyadan keçdi

Hazırda oxunan: Heydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq akkreditasiyadan keçdi
207594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, Türkiyə Akkreditasiya Mərkəzinin (TÜRKAK) həyata keçirdiyi akkreditasiya auditindən sonra avqustun 20-də qurumun rəhbəri Banu Müderrisoğlu müvafiq sertifikatları “SOCAR Downstream Management” MMC şirkətinin baş direktoru Emil Alxaslı və şirkətin laboratoriyalar üzrə direktoru Volkan Şenola təqdim edib.

Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır.

Beynəlxalq Laboratoriya Akkreditasiya Qurumu (ILAC) tərəfindən beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı yaradır və etibarlı məhsul keyfiyyətini təmin edir.
 

ISO/IEC 17025 akkreditasiyası beynəlxalq standartlara uyğunluğun və texniki səriştəliliyin ən etibarlı göstəricisi olmaqla yanaşı, tərəfsizlik və məxfilik aspektlərini də ehtiva edir.


Hazırda zavodun laboratoriyasının Azərbaycan Akkreditasiya Mərkəzində (AZAK) akkreditasiyasının tamamlanması üzrə işlər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO