Öpüb qoyaq gözümüzə Vətən kimi....

Öpüb qoyaq gözümüzə Vətən kimi....

Hazırda oxunan: Öpüb qoyaq gözümüzə Vətən kimi....

206572
“İndi yeni söz demək çətindir, deyilənlərin hamısı deyilib”x9d-fikri mənə həmişə qəribə gəlib. Ona görə ki hər dəfə gəncləri oxuyanda yeni fikrə, yeni deyim tərzinə rast gəlmək var arada.

Bu cür deyim tərzinə malik gənc yazarlardan biri də Müşfiqə Baxışdır. 274 nömrəli məktəbdə pedaqoji fəaliyyət göstərən bu Müşfiqə xanımın yaradıcılıq üfüqləri genişdir. Rəngarəng mövzulara həsr olunmuş şeirləri oxuduqca müəllifin sözə məəttəl olmadığı qənaətinə gəlmək mümkündür. Başlıcası isə Müşfiqə hisslərində səmimi olduğundan söz onun varlığının təcəssümünə, poetik duyğularının ifadəsinə çevrilə bilir.

Elə bu duyğuların təsiri ilə də Müşfiqə Baxışın şeirlərini “moderator.az”x9d-ın dəyərli oxucularına məmnunluq hissi ilə təqdim edirəm.
xa0 xa0xa0
Şəmsi Qoca,
şair-publisist, AYB-nin üzvü


xa0 Yarpaq tökümü

Yenə bu şəhərin gözündə kədər,
Yenə yollar-izlər batıb xəzələ.
Boylanır buluddan tənbəl şüalar,
Gözünü güc ilə açır səhərə

Pəncərəm kədərli, ürəyim qırıq,
Həsəd aparıram yuxularıma.
Gözümdən tökülən yağış selindən,
Dönmüşəm payızın qoxularına.

Ürəyim titrəyir, ruhum üşüyür,
Külək uğultusu içimdə əsir.
Həsrət xəncərini çəkib üstümə,
Solub öləziyən ümidi kəsir.

Ələnib, yox olur bir-bir arzular,
Vaxtsız xəzri vuran həyatım kimi .
Açıb boşluqlara qanadlarını,
Mövsümə tələsir yarpaq tökümü..
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0


xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Vətən kimi
Gəl əyilək, bu torpağa qulaq verək,
Bəlkə bizə deyiləsi sözü var.
Pıçıldayan cadar vuran dodağında,
Milyonlarla canlıların izi var.

Bəlkə üsyan eləyəcək insan oğluna,
Bəlkə ona torpaq olmaq ağır gəlir.
Əzir,yorur insanların tapdaqları,
Dağ da, daş da sinəsinə ağrı verir.

İslandıqca nəmi çəkir öz gözünə,
Bəlkə bağrı yanırxa0 sirr saxlamaqdan,
Qucağında açılacaq hər məzara,
Gömüləcək insanlara ağlamaqdan.

Gəl,əyilək bu torpağa qulaq verək,
Ah-naləsi göyə qalxır sitəm kimi.
Hər qarışın, hər dənəsin əziz bilib ,
Öpüb qoyaq gözümüzə Vətən kimi....
xa0 xa0 xa0 xa0 xa0


Taleyim
Qasirga yeridir, duman yeridir,
Bir dəli küləkdirxa0 mənə taleyim
Bəzən bir ömürlük güman yeridir,
Bəzən bir dirəkdir mənə taleyim.

Solğun vərəqlərdə düzülüb qalan,xa0
Ləçəyi büzüşmüş,xa0 süzülüb qalan,
Qopub gövdəsindən üzülüb qalan,xa0
Əzilmiş çiçəkdir mənə taleyim.

Dəli fikirlərdə coşub, çağlayan,
Qatar arzuları qoşub bağlıyan,xa0
Dərdin dizlərinə düşüb ağlıyan,xa0
Bir kövrək ürəkdir mənə taleyim.

Dalğın, üzüyola, hər sözə həlim,
Arzusu yarımçıq bir təzə gəlin.
Demirəm həyata təzədən gəlim,
Daha nə gərəkdir mənə taleyim.


Tənha qadın...

Eləxa0 ki bu dünyanınxa0
Ağırlığın hiss etdin
çökdü qəlbinə bulud,
itdin, gözlərdən itdin.
O parlaq üzündəki
Məsum gülüş çəkildixa0
Sonra da...
xa0 xa0 xa0 yolun ustə
Köksünə ağrı verən,
xa0 xa0 xa0Tənhalığın dikildi.
Hər gecə gözlərinixa0
Zillədin keçmişinə,
Yastıqxa0 bezdi əlindən
Yumruqlandı içinə.
Dalğın, kövrəkxa0 saçların
Hər gecə bir az öldü,
xa0 xa0 Hər gecə bir az daha,
soldun,
xa0 xa0 xa0 xa0 xa0 xa0 boynun büküldü.
Daradı ürəyinixa0
Dərdin əsən küləyi
Ələdi gözlərinə
Muncuq-muncuqxa0 gileyixa0
Qınadın aynalardanxa0
Şişkin baxan gözünü
Asdın tənhalığındanxa0xa0
Tənhalığın özünü
Pıçıldadı arxanca,
Hər dildə bir az adın
Kimsə sığal çəkmədi ,
xa0pərişan dalğalanan
xa0Saçına , tənha qadın...xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

xa0 xa0 xa0Sənin gözlərində..

Sənin gözlərində itirmişəm mən ,
Ən gözəl, ən şirin xəyallarımı.
Sənin gözlərində yuva qurmuşam ,
Gözünə sərmişəm röyalarımı.

Gözlərin çevrilib dar ağacına ,
Asır arzuları öz kəndirindən .
Arzular pərişan, son nəfəsində
Gör necə ağlayır sənin dərdindən.

Mənə bir ümidxa0 ver, həyata gəlim ,
Yenidən çöhrəmə səadət qonsunxa0
Mənim həsrət çəkən yaşım deyil ki ,
Qayıt ki, həyatım sevgiylə dolsun..
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0


Qocalarınxa0

Dəli-dolu gənclik daimxa0 düşər yadaxa0
Ömür keçmiş, qalan günlər gedir bada.xa0
Gözlərini həzin, kövrək, pay-piyadaxa0
Hardan hara yollar çəkər qocaların .

Son günləri ehtiyatla xərcləyərlər,xa0
Dərdlərini oğul-qızdan gizləyərlər,xa0
Uşaq kimi hər bir sözdən inciyərlərxa0
Ürəkləri qübar tökər qocalarınxa0

Həyat girər gözlərində acı donaxa0
Nuru gedər giləsinin, yana-yanaxa0
Ölçüb biçər ha bu yana, ha o yanaxa0
Gözlərinə pərdəxa0 tikər qocalarin.
xa0 xa0 xa0


xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Qal gözlərimdə
Yenə bəhanə gəz məni görməyə,
Yenə kitabları verməyi unut.
Yenə hər döngədə qarşıma çıxıb,
"Salam "kəlməsini dilində qurut.

Yenə gözlərinə sataşsın gözüm,
Mən donum, dil donsun, lal gözlərimdə.
Bir kəlmə deməyə cəsarət tapıb,
Üz-üzə gələndə qal gözlərimdə.

Əllərim od tutsun, sarsın üzümü,
Alsın xəyalların tül qanadına.
Sənin toxunduğun kitablarımda ,
Əlinin istisi hopsun yadıma.

Eyni küçələrdəxa0 rastxa0 gəlim sənə,
Bu qısa görüntü röyama dolsun.
Köçürüm qəlbini öz ürəyimə,
Sənin pəncərənə xəyalım qonsun.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0


Mən payızam!

xa0 xa0 xa0 Mən payızam !
Muncuq”“muncuq, yağışların pəncərəsi,
xa0 xa0 xa0 Mən payızam !,
Ürəklərdə boyun bükən dərdin səsi .

Pıçıldayır xəzəllərim, nazı ürkək ,
Alıb qatıb qabağına qırçın külək,
Hər həsrətə qucaq açan,qəlbi kövrək,
Mən payızam!

Bir gecikmiş sonbaharın gileyiyəm,
Yaxına gəl inziardan giley deyim.
Kövrəlmişəm sonbahardan gileyliyəm,
xa0 xa0 xa0 Mən payızam ...



xa0 xa0 xa0 xa0Beş dəqiqə sonra...

Beş dəqiqə ayırır bir-birimizdən,xa0
Bir azdan əllərim əlinə dəyər.xa0
Bizi qarşılayan bu görüşümüz,
Görəsənxa0 sənə nə, mənə nə verər?

Beş dəqiqə sonra güləcək üzüm,
Unudar hər şeyixa0 donar yerində
Düşər qaranlığın labirintinə,
Batar gözlərininxa0 dərinliyində.

Bir az qorxu gələr ürəyim əsər,
Bu görüş, o görüş deyildir daha.
Görüşmək asandır, ayrılmaq çətin,
Bilirəm, astarı üzündən baha.

Gizlədim yadımınxa0 bir kənarında ,
Hərdən xəyalınla mənə dönərsən.
Kimsənin gözünə baxa bilmərəm.
Qorxuram gözümdə "sən" görünərsən.



Bütün ayrılıqlar ”¦

Hər addım aldadır məni bu gecə,
Bu boş küçələrin döngəsi kimi.
Gözlərim yollara uzanıb gedir,
İşıq dirəyinin kölgəsi kimi.

Əllərin üstümdən çəkib əbədi,
Bütün arzularım gözümdən düşür.
Baş alıb harasa gedir ürəyim,
Yolu xəyalının izindən düşür.

O dərya gözündə hər yan dənizdir,
Coşqun dalğasında itib gedirəm.
Bəlkə mən üzməyi öyrənməmişəm,
Dəniz gözlərində batıb gedirəm

Bütün ağrılara təklənən ürək,
Sevgi nağılına yeni ad verir .
Fərqli görünsə də hekayələri ,
Bütün ayrılıqlar eyni dad verir..


Müşfiqə Baxış
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO