Altı ayda dövlət qurumlarına 600-dən çox kiberhücum edildi

Altı ayda dövlət qurumlarına 600-dən çox kiberhücum edildi

Hazırda oxunan: Altı ayda dövlət qurumlarına 600-dən çox kiberhücum edildi
205169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında dövlət qurumlarına 623 kiberhücum indikatoru (IOC) müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. 
 

Bildirilib ki, kibertəhdidlərin 307-si daxili araşdırma, 316-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. 


Təkcə iyul ayında 125 kiberhücum müəyyən olunub ki, bu da əvvəlki aya nisbətən 5 % azdır. 

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO