Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO

Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO

Hazırda oxunan: Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO
205017
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

DİM-dən Bizim.Media-ya bildiriblər ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.
 

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsinə 9 imtahan binası, 32 zal, 12 imtahan rəhbəri, 70 nəzarətçi cəlb olunub.


İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

DİM-in elektron imtahanlar korpusunda imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 238 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra 4-5 gün ərzində elan olunacaq.

İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər. 

Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO - foto 1
Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO - foto 2
Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO - foto 3
Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO - foto 4
Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı baş tutdu - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO