Şəhid ailələri ilə bağlı mühüm XƏBƏR 

Hazırda oxunan: Şəhid ailələri ilə bağlı mühüm XƏBƏR 

20461

İşsiz şəxslərin özünüməşğulluğununvə sosial iş yerlərinin təşkili zamanışəhid ailəsinin üzvlərinə üstünlük verilməsini nəzərdə tutan prosedur qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası bununla bağlı“İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması”nda dəyişiklik edib.
 

MÖVZU İLƏ BAĞLI:

"700 qazi işlə təmin olunub" - Nazirlik     


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 260-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 fevral tarixli 151s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

Qeyd edək ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 1 fevral tarixli qanuna əsasən, şəhid ailəsinin üzvləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına daxil edilib. İşsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili təşkilizamanışəhid ailəsinin üzvlərinə üstünlük verilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO