Ceyhun Məmmədov yüksək vəzifəyə təyin edildi

Ceyhun Məmmədov yüksək vəzifəyə təyin edildi

Hazırda oxunan: Ceyhun Məmmədov yüksək vəzifəyə təyin edildi
203720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.

Bizim.Media xəbər verir ki, Ceyhun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin ticarətin və ictimai iaşənin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb.

Daha sonra iqtisadiyyat ixtisası üzrə Portuqaliyanın Elm və Texnologiya Fondunun tam təqaüdü ilə Lissabon NOVA Universitetində magistratura və Almaniyanın Bielefeld Universitetində doktorantura səviyyələrində təhsilini davam etdirib.
O, elmi-pedaqoji fəaliyyətinə 2012-ci ilin sentyabr ayında Xəzər Universitetində başlayıb, 2012–2013-cü illərdə İqtisadiyyat və menecment departamentinin iqtisadiyyat bölməsi üzrə koordinator, 2013–2015-ci illərdə departamentin müdir əvəzi, 2015–2017-ci illərdə departament müdiri vəzifələrində çalışıb. 2017-ci ildən isə universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

Bundan əlavə, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.

Həmçinin o, “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO