Miqrantlara qarşı əməliyyat: 34 nəfər saxlanıldı – FOTO/VİDEO  

Miqrantlara qarşı əməliyyat: 34 nəfər saxlanıldı – FOTO/VİDEO  

Hazırda oxunan: Miqrantlara qarşı əməliyyat: 34 nəfər saxlanıldı – FOTO/VİDEO  
203687
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 34 əcnəbi saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 
Nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb. Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib. 

Həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və mənsub olduqları ölkələrdə naməlum şəxslər tərəfindən aldadıldığı müəyyən edilib. 

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və aidiyyəti üzrə təhvil veriliblər. 

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Azərbaycanda yaşama hüququ verən sənədləri olmayan və bir yerdən başqa yerə getdikdə qeydiyyat qaydalarına əməl etməyən 161 əcnəbi vətəndaş polis əməldaşları tərəfindən müəyyən edilərək barələrində tədbirlər görülüb. 
 


Miqrantlara qarşı əməliyyat: 34 nəfər saxlanıldı – FOTO/VİDEO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO