FHN bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib - FOTO

FHN bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib - FOTO

Hazırda oxunan: FHN bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib - FOTO
202907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Mərkəzi Klinik Xəstəxanada, Bakı Reabilitasiya Mərkəzində və 8 saylı uşaq poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən çimərliklərdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Azərişıq” ASC-nin Şimal-qərb Regional Enerji Təchizatı və Satış İdarəsində, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl yaxınlığında fəaliyyət göstərən iaşə obyektlərində və “Savalan Aspi-Winery” üzüm emalı zavodunda, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Gəncə Regional Mərkəzi tərəfindən 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində və Gəncə Kardioloji Xəstəxanasında, Aran Regional Mərkəzi tərəfindən Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Suvarma Sistemləri idarəsində maarifləndirmə tədbirləri keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı şəkildə cavablandırılıb.

FHN bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib - FOTO - foto 1
FHN bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib - FOTO - foto 2
FHN bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO