Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO
202554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Akif Abbasov dəfn olunub. 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlunun dəfn mərasimi Gəncə şəhər Şəhidlər Xiyabanında baş tutub.

Bizim.Media xəbər verir ki, şəhidin dəfnində yaxınları, eləcə də Daşkəsən və Gəncə ictimaiyyəti, Türkiyənin Gəncədəki baş konsulluğunun nümayəndələri iştirak edib. Şəhidin cənazə namazı Daşkəsəndə, ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub. Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Orxan Abbasov şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edib. 

Qeyd edək ki, şəhid Akif Abbasov 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb.

Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 1
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 2
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 3
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 4
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 5
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 6
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 7
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 8
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 9
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 10
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 11
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO - foto 12
Məqsəd Rəhimov, Bizim.Media,Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO