Siyəzəndə qatarın aşması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Siyəzəndə qatarın aşması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Siyəzəndə qatarın aşması ilə bağlı RƏSMİ AÇIQLAMA 
202278
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb. Hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib.

Yük qatarının 3 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ – Azərbaycanda qatar AŞDI - FOTO


Hadisə ilə bağlı DİN Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, 16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometrliyində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır. 

“Azərbaycan Dəmir Yolları”QSC-dən isə bildirilib ki, hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb:

“Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO