Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
20213
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, mayın 5-i saat 18:00-a olan məlumata əsasən, Şərur, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Nabran, Sumqayıt, Bakı, Maştağa, Binə, Çilov adasında yağış, Qrız, Şahdağ və Xınalıqda qar yağıb.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 27, Neftçala, Biləsuvarda 20, Şəmkirdə 17, Bakıda 34, Maştağada 32, Qum adasında 28, Çilov adasında 26, Neft Daşları, Pirallahıda 25, Sumqayıtda 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan güclü külək gecə tədricən zəifləyəcək. Mayın 6-sı gündüz havanın nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO