DİN Abşeronda əməliyyat keçirdi: Saxlanılan var – FOTO  

DİN Abşeronda əməliyyat keçirdi: Saxlanılan var – FOTO  

Hazırda oxunan: DİN Abşeronda əməliyyat keçirdi: Saxlanılan var – FOTO  
202117
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, tədbir zamanı əvvəllər qəsdən sağlamlığa zərər vurma və quldurluq cinayətlərinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Tamerlan Rəsulov saxlanılıb. 

Onun üzərindən və avtomobilindən 3 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan 2 ədəd tərəzi aşkarlanıb.

T.Rəsulov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. 

"O, narkotiklərin bir hissəsini əvvəlcədən müəyyənləşdirilmiş yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş, digər hissəsinin isə satışını həyata keçirəcəkmiş. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - məlumatda vurğulanıb. 

DİN Abşeronda əməliyyat keçirdi: Saxlanılan var – FOTO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO