Postmüharibə dövründə 476 hərbçi protezlə təmin edilib - VİDEO

Postmüharibə dövründə 476 hərbçi protezlə təmin edilib - VİDEO

Hazırda oxunan: Postmüharibə dövründə 476 hərbçi protezlə təmin edilib - VİDEO
201914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibələri ilə əlaqədar əlilliyi olan 476 hərbçi 572 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatına başlanılıb.

Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Həmin protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq yarışlarda iştirak edə bilir.

Postmüharibə dövründə 476 hərbçi protezlə təmin edilib - VİDEO - foto 1
Postmüharibə dövründə 476 hərbçi protezlə təmin edilib - VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO