İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO  

İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO  

Hazırda oxunan: İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO  
201177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İyulun 5-də cənab Prezident İlham Əliyevin açılışını etdiyi İsa bulağı İstirahət Kompleksi bu gün azad Şuşada ən gözəl guşə kimi əhaliyə xidmət göstərir. Bundan sonra da bu kompleks Azərbaycan xalqının xidmətində olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Kərim Kərimli deyib. Onun sözlərinə görə İsa bulağı Şuşa şəhərinin ən görməli, səfalı yerlərindən biridir:

“Şuşa işğaldan azad olunana qədər İsa bulağı və onun yerləşdiyi ərazi erməni vandalları tərəfindən dağıdılmış, əvvəlki görkəmi tamamilə itirmişdi. Bir sözlə, Şuşanın tarixi abidələri kimi çox acınacaqlı bir vəziyyətə düşmüşdü.

Şuşa işğaldan azad olunandan sonra yaradılan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İsa bulağının da təmir və bərpa işlərinin başlamasına start verdi. Fikrimcə, çox qısa müddətdə İsa bulağı İstirahət Kompleksi yenidən bəpa edildi. Mövcud olan binalar yeni ənənələrimiz vasitəsilə, tarixi memarlıq surətinə uyğun bir şəkildə bərpa edildi. Burada 4 böyük qonaq evi və restoran fəaliyyət göstərir. İyulun 5-dən etibarən İsa bulağı İstirahət Kompleksi xalqımızın istifadəsinə verilib. İsa bulağında Azərbaycan xalqının çox görkəmli şəxsiyyətlərinin – Üzeyir Hacıbəyli, Səməd Vurğun, Xan Şuşinski və digərlərinin izi var”. 

İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO   - foto 1
İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO   - foto 2
İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO   - foto 3
İsa bulağı azad Şuşada istifadəyə VERİLDİ – FOTO   - foto 4

Elgün Gəncimsoy, Qarabağ bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO