Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO

Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO

Hazırda oxunan: Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO
201016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib.

Ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub. Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib. 

İlk dəfə keçirilən festivalın sponsoru “NEO Motors” şirkəti olub. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib. Festivalın tərəfdaşları qismində isə “Efendiler Group”, “Volt Group”, “Improtex Motors”, “Onvolt Group”, “Cahan Motors” və “Nurgün Motors” şirkətləri qoşulublar.

Festivalda AAF-ın vitse-prezidenti Fərid Məmmədov və Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış ediblər.

Festival çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Onlar ekoavtomobillərə baxış keçirərək bu avtomobillərin xüsusiyyətləri və üstünlükləri barədə geniş məlumat əldə ediblər.
Tədbirdə festivalın uğurla həyata keçirilməsində töhfə verən sponsor və tərəfdaşlara sertifikatlar təqdim edilib. Festival əyləncəli musiqi proqramı ilə yekunlaşıb.
 


Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 1
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 2
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 3
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 4
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 5
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 6
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 7
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 8
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 9
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 10
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 11
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 12
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 13
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 14
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 15
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 16
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 17
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 18
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 19
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 20
Elektrik Avtomobillərin Festivalı - FOTO/VİDEO - foto 21

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO