Bulvarda kişi qadını döydü - VİDEO

Bulvarda kişi qadını döydü - VİDEO

Hazırda oxunan: Bulvarda kişi qadını döydü - VİDEO
200813
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə Bulvar ərazisində kişinin qadına şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizim.Media-ya  bildirib ki, paytaxtın Səbail rayonu Dənizkənarı Milli Park ərazisində kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bildirilib ki, hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq Polis Bölməsinə gətiriliblər.

Görüntülərdəki qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib.

C.Sadiqov əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tərkib hissəsi olduğundan barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO