4 uşağını ataraq sevgilisi ilə qaçan ana TAPILDI – DİN-dən AÇIQLAMA

4 uşağını ataraq sevgilisi ilə qaçan ana TAPILDI – DİN-dən AÇIQLAMA

Hazırda oxunan: 4 uşağını ataraq sevgilisi ilə qaçan ana TAPILDI – DİN-dən AÇIQLAMA
200265
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi, Bakıda ana dörd uşağını parkda qoyaraq sevgilisinə qoşulub gedib.

Uşaqlar təxminən 14, 5, 4 yaş və ən kiçiyi 5-6 aylıqdır.

Artıq küçəyə atılan uşaqların anası tapılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə QAÇDI


Onun sözlərinə görə, qadınn şəxsiyyəti müəyyən olunub. Aidiyyəti dövlət orqanına dəvət olunaraq izahatı alınıb. Övladlarından imtina etməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, 4 uşağın anaları tərəfindən tərk edilməsi xəbərini Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə yayıb. Böyük qızın dediyinə görə, anası kirayə ev axtarmaq bəhanəsi ilə onları parkda qoyaraq sevgilisi ilə gedib və bir daha geri qayıtmayıb.

Üç gün öncə polis tərəfindən aşkarlanan uşaqlar 1 gün tibbi müayinə məqsədi ilə Ə.F.Qarayev adına uşaq xəstəxanasına yerləşdirilib. Ondan sonra Sosial Xidmətlər Agentliyi uşaqları Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq sığınacağına yerləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO