Azərbaycan Dövlət Aqrar Universitetində təntənəli

Azərbaycan Dövlət Aqrar Universitetində təntənəli "Məzun günü" keçirilib – FOTO

Hazırda oxunan: Azərbaycan Dövlət Aqrar Universitetində təntənəli "Məzun günü" keçirilib – FOTO
199129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik korpusunun qarşısında ali təhsil müəssisəsinin 2024-cü il məzunları üçün təntənəli "Məzun günü" tədbiri keçirilib.

Açıq havada təşkil edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media xəbər verir ki, çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bakalavr və magistratura pilləsindən məzun olan bütün tələbələri təbrik edib. Rektor bildirib ki, Aqrar Universitet hər zaman məzunlarının yanındadır onları izləyir və uğurları ilə fəxr edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu edib.
Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxışlar edərək, xoş arzularını dilə gətiriblar.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Elm təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, rəsmilər, müəllim və məzunlar iştirak ediblər.

Daha sonra təhsilini yüksək ümumi orta göstərici ilə başa vuran fakültə birincilərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Təltiflərdən sonra ADAU-nun fəxri kötüyü universiteti birinciliklə bitirən məzunun adının həkk olunması üçün səhnəyə gətirilib. Məzun Əli Xudiyev adını fəxri kötüyə həkk edib.

Rəsmi hissədən sonra əyləncəli konsert proqramı start götürüb. Müğənni Nərgiz Məcidli və DJ Amil Məhərrəmovun bir-birindən maraqlı ifaları, alov, zər və tüstü nümayişləri konsertə xüsusi rəng qatıb.

Sonda tədbir xüsusi atəşfəşanlıqla başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO